Mehman Səlimov vəfat etdibackend

Mehman Səlimov vəfat etdi

Azərbaycanın müdafiə nazirinin sabiq müavini Mehman Səlimov vəfat edib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, Mehman Səlimov bu gün səhər saatlarında Gəncə şəhərindəki Mərkəzi Klinikada ağır pnevmoniya, ürək çatışmazlığından dünyasını dəyişib.

 

Qeyd edək ki, Mehman Səlimov 1995-1999-cu illərdə müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini vəzifəsində çalışıb. Mehman Səlimova 2015-ci ildə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə – külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib.

2019-cu ildə Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*