Mehriban Xanlarova və şikayətçi arasında davabackend

Mehriban Xanlarova və şikayətçi arasında dava

Əməkdar artist Mehriban Xanlarova efirdə gərgin dolu anlar yaşayıb.

KONKRET.az olay-a istinadla xəbər verir ki, hadisə onun ekspert qismində iştirak etdiyi “Bizimləsən” ictimai-sosial verilişində yaşanıb.

Proqrama gələn Şair adlı qayınata gəlini ilə bağlı “Bizim evdən pul gedib…” fikirlər səsləndirib.

Xanlarova isə ona sual ünvanlayıb: “Bu onların ikinci gəlinidir. Sənin birinci gəlinin toya 5 gün qalmış evdənniyə qaçıb ?”

Qarşı tərəf “Artıq sözlər danışmayın!” – deyə ayağa qalxıb və aktrisanın üstünə gedib.

Aktrisa deyib: “Üstümə gəlmə! Sənin kimisinin yanında gəlin qalar? O gəlin yaxşı edib gedib”.

Bundan sonra ikili arasında söz savaşı daha da böyüyüb. Proqramın aparıcısı Zaur Baxşəliyev qayınatanı sakitləşməyə çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*