Meksika hökuməti Donald Trampın vəzifəyə başlamasından sonra Birləşmiş Ştatlardan qovula biləcək miqrantları qəbul etmək üçün proqramın başladığını elan edib. “Meksikalıların ABŞ-dən repatriasiyasına cavab olaraq, Meksika hökuməti onların qəbulu üçün “Meksika sizi qucaqlayır” adlı strategiya hazırlayıb”.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Meksika prezidenti Klaudiya Şeynbaumun mətbuat konfransında daxili işlər naziri Rosa Isela Rodriges deyib. Rodriges əlavə edib ki, Meksika öz həmvətənlərini qorumaq və onlara qayğı göstərməkdən ötəri lazım olan hər şeyi edəcək və öz ölkələrinə reinteqrasiya etmək üçün repatriasiya edilənləri lazım olan hər şeylə təmin edəcək. O izah edib ki, Meksika hakimiyyəti Trampın miqrantların kütləvi şəkildə qovulması planlarını elan etməsindən dərhal sonra həmvətənlərinin ABŞ-dən mümkün deportasiyasına hazırlaşmağa başlayıb: “Əlbəttə, biz bununla razılaşmırıq. Amma bu baş verərsə, o zaman onlara Meksika hökumətinin sosial rifah proqramlarına çıxış, onlar və ailələri üçün səhiyyə xidmətlərinə çıxış imkanı veriləcək”, -deyə nazir bildirib.
Vəli Həsənoğlu,
KONKRET.az