Meksikada altı yaşlı uşaq atışmada öldürüldübackend

Meksikada altı yaşlı uşaq atışmada öldürüldü

Tijuana şəhərində evinin yaxınlığında bələdiyyə polisi ilə cinayətkar arasında baş verən atışma zamanı altı yaşlı uşaq mədəsindən vurulub və ölüm yerli klinikada həkimlər tərəfindən qeydə alınıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı RİA “Novosti” agentliyi yerli KİV-ə istinadən yayıb.

“Atışmanı eşidib həyətə qaçdım, oğlum yerdə uzanmışdı. O, kiçik qardaşı ilə oynayırdı. Onu çevirdikdə yaralandığını gördüm”. Uşağın anası Monica Karrasco “Uniradio Informa” nəşrinə belə deyib.

Polis əməkdaşları yaralı uşağı yaxınlıqdakı özəl klinikaya aparsalar da xilas edə bilməyiblər.

Medianın verdiyi məlumata görə, faciə cinayətkarın bir mağazanı qarət etməsindən və oğlanın evinin yanındakı boş ərazidə polisin ona atəş açmasından sonra baş verib. Müxtəlif versiyalara görə, güllə həm atışmada ölən cinayətkar, həm də Tijuana bələdiyyə polisinin əməkdaşları tərəfindən atıla bilərdi.

Şəhər meri ədalət tələb edən mərhumun ailəsinə başsağlığı verib və prokurorluğun cinayətə cavabdeh şəxsləri müəyyənləşdirəcəyinə ümid etdiyini bildirib. Dörd polis məmuru istintaq zamanı xidmətdən kənarlaşdırılıb.

Babək Göyüş                       

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*