Meksikada güclü zəlzələdə ölənlərin sayı artırbackend

Meksikada güclü zəlzələdə ölənlərin sayı artır

Meksikada baş verən güclü zəlzələ nəticəsində ən azı altı nəfər ölüb, daha 30 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi iyunun 24-də Oaxaka şatının Mülki Müdafiə İdarəsinə istinadən yayıb.

“Ştatın ərazisində altı nəfərin ölümü təsdiqlənib, dörd nəfər yaralanıb. Üç federal və beş regional magistral yolda torpaq sürüşməsi olub. 500 bina və 15 tibb mərkəzi zədələnib”, – deyə idarə Twitterdəki mikrobloqda bildirib.

Xatırladaq ki, iyunun 23-də Meksikanın cənubunda 7,4 bal gücündə zəlzələ baş vermişdi. Zəlzələnin episentri Oaxakonun Krusesit şəhərindən 23 kilometr cənubda yerləşib. Milli Seysmoloji Xidmətin məlumatına görə, yerli vaxtla 14.30-a qədər 447 təkrar zərbə qeydə alınıb, bunların ən güclüsü 4.6 bal gücündə olub.

Zəlzələ ölkənin 11 əyalətində hiss olunub, lakin on ştat (Chiapas, Guerrero, Morelos, Tabasco, Veracruz, Puebla, Michoacan, Tlascala, Hidalgo və Mexico) ciddi dağıntılar haqda məlumat verməyib. Eyni zamanda, Milli Mülki Müdafiə Administrasiyasının məlumatına görə, 30 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Əvvəlcə iki nəfərin öldüyü bildirilib.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*