Meksikanın mərkəzi Quanaxuato ştatında şənlik iştirakçılarına hücum edilib və nəticədə 12 nəfər həlak olub.
KONKRET.az “Reuters”ə istinadən xəbər verir ki, Meksika rəsmiləri hücumun Salvatierra şəhərində səhər saatlarında baş verdiyini bildiriblər.
Silahlı qrup ziyafət iştirakçılarına atəş açıb. Hücumla bağlı məlumat və ölənlərin kimliyi hələlik açıqlanmır. Çoxlu sayda avtomobil və təyyarə fabriklərinin yerləşdiyi Quanaxuato , narkotik ticarətçilərinin mərkəzi hesab olunur. Cinayətkar qrupların at oynatdığı bu əyalətdə ən qatı cinayətkarlar məskunlaşıb.
Vəli Həsənov,
KONKRET.az