Meksikadan ABŞ sərhədlərinə minlərlə insan yürüşə başlayıbbackend

Meksikadan ABŞ sərhədlərinə minlərlə insan yürüşə başlayıb

Venesuela, Kuba və Mərkəzi Amerikadan olan bir neçə min miqrantdan ibarət dəstə Meksikadan keçərək ABŞ-ın cənub sərhədinə doğru irəlləyib.

KONKRET.az “Amerikanın Səsi”nə istinadən xəbər verir ki, bir qrup insan Meksikanın cənubundan ABŞ sərhədinə yaxınlaşıb.

“Yoxsulluqdan çıxış yolu” adlı yürüşdə ABŞ-a keçmək istəyən minlərllə meksikalı miqrant iştirak edib. Yürüş təşkilatçılarının bildirdiyinə görə, onların sırasında 24 dövlətin, o cümlədən Afrika və Asiya ölkələrinin nümayəndələri də var. Yürüş iştirakçıları ABŞ sərhədinə çatmaq niyyətindədirlər. Aksiya təşkilatçılarının sözlərinə görə, “Yoxsulluqdan çıxış yolu” Meksika hakimiyyətinin immiqrasiya qanunlarını sərtləşdirməsinə etirazdır. Fəalların sözlərinə görə, bir müddət əvvəl onlar əcnəbilərə ölkə ərazisindən tranzit keçmək üçün icazələrin verilməsini dayandırıblar.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*