Məktəb formaları ilə bağlı YENİLİKbackend

Məktəb formaları ilə bağlı YENİLİK

Hər il valideynləri narahat edən əsas məsələ məktəbli geyimləridir. Çünki bu geyimlər dəyişilir və yenilənir.

Bəs növbəti il məktəb geyimləri ilə bağlı hansı yeniliklər gözlənilir?

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Milli.Az-a ölkəmizdə məktəbli formalarının əsas istehsalçısı olan Bakı Tikiş Evi satış şöbəsinin müdiri Etibar Əzimov açıqlama verib.

Onun sözlərinə görə, şagirdlər üçün rahat və standartlara uyğun geyimlər hazırlanır:

“Formaların parçasından tutmuş, rənginə qədər bir çox yeniliklər tətbiq olunur. Bu Nazirlər Kabinetinin təsdiq olunmuş qərarı ilə məktəb formalarının parçalarına, materialına xüsusi tələb var. O tələbə görə, bütün köynəklər hamısı 100 faiz pambıq olmalıdır. Şalvar və yupkalar isə 60 faiz yun, 40 faiz polester olmalıdır. Yeni çıxan formalar isə tələbata uyğundur. Formaların dizaynı ilə yanaşı məktəblərin emblemləri də nəzərə alınır. Bu da hər bir təhsil müəssəsinə fərqlənmə imkanı verir”.

Şöbə müdiri onu da qeyd etdi ki, formaların bölgələrə çatdırılmasında heç bir problem yaşanmayacaq. Əgər hansı İcra Hakimiyyəti və ya yerli hakimiyyət orqanları istəyirlərsə, bölgələrə də həmin formalar verilə bilər. Emblemlə demək olar ki, məktəblər qərar verirlər. Hazırki dəyişikliklər məktəb formalarının keyfiyyətini artırmaqla yanaşı vahid tərzə təqdim olunmasına da xidmət edir. Seçim imkanlarının geniş olması isə məktəblərin və valideynlərin tələblərini qarşılamağa şərait yaradır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*