Məktəbdə halı pisləşən şagird vəfat etdibackend

Məktəbdə halı pisləşən şagird vəfat etdi

Bu gün saat 13:00 radələrində paytaxtdakı 285 nömrəli tam orta məktəbin VII sinif şagirdinin (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) səhhətində yaranan problemlə bağlı halı pisləşib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, məktəbin tibb işçisi tərəfindən dərhal həkim tövsiyəsinə uyğun olaraq (məktəbli səhhətindəki problemə görə həkim nəzarətində idi) müdaxilə edilib, ilkin tibbi yardım göstərilib:

“Məktəb rəhbərliyi tərəfindən təcili-tibbi yardım çağırılıb, şagirdin ailəsinə və hüquq-mühafizə orqanlarına məlumat verilib. Ancaq bunlara baxmayaraq təəssüflər olsun ki, şagird təcili-tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda vəfat edib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*