Məktəbdə təhlükəli vəziyyət: ŞAGİRDLƏR TƏXLİYƏ EDİLDİbackend

Məktəbdə təhlükəli vəziyyət: ŞAGİRDLƏR TƏXLİYƏ EDİLDİ

Xaçmazda orta məktəbin döşəməsi çöküb.

KONKRET.az Modern.az-a istinadla xəbər verir ki, hadisə rayonun Qobuqıraq kənd orta məktəbində siniflərdən birində baş verib.

Quba-Xaçmaz Regional Təhsil İdarəsi məlumatı təsdiq edib.

Qeyd edilib ki, hadisədən sonra təhlükəsizlik tədbirləri görülüb, təlim-tədrisin fasiləsizliyinin təmin edilməsi üçün şagirdlər başqa sinfə köçürülüblər.

“Təhsil müəssisəsinin mövcud vəziyyətinin qiymətləndirilməsi istiqamətində müvafiq tədbirlər görülür”, – rəsmi açıqlamada bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*