Məktəbə yeni başlayan uşaqların valideynlərinə XƏBƏRDARLIQ!backend

Məktəbə yeni başlayan uşaqların valideynlərinə XƏBƏRDARLIQ!

“Yeni məktəbə başlayan uşaqlar üçün müəllimlər də dərsləri əyləncəli formada və oyunlar oynayaraq uşaqlara öyrətməyə çalışmalıdırlar”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabaha”a psixoloq Nərmin Ağayeva deyib:

“Məktəbə yeni başlayan uşaqlar arasında yaranan əsas problemlərdən biri də ayrılıq qorxusudur. Çünki uşaq özünü naməlum ortamda hiss edir. Belə olan halda bəzən uşaqlar dost tapa bilməmək, dərsləri öyrənməmək kimi qorxularla üzləşirlər. Eyni zamanda yay tətilindən sonra ciddi ortama qayıtmaq uşaqlar arasında narahatlıqlara gətirib çıxardır”.

Psixoloqun sözlərinə görə, uşaqlar hər zaman valideynlərinin danışdıqlarından ilhamlanırlar:

“Bunun üçün də uşaqlarla ünsiyyət qurmaq vacibdir. İlkin olaraq valideynlər uşaqlara yaxınlaşmağı bacarmalıdırlar. Eyni zamanda uşağa hissetdirmək lazımdır ki, onu hər bir halda başa düşürsən. Çünki uşaqlar çox vaxt valideynin danışıqlarından ilhamlanırlar. Yeni məktəbə başlayan uşaqlar üçün müəllimlər də dərsləri əyləncəli formada və oyunlar oynayaraq uşaqlara öyrətməyə çalışmalıdırlar. Bütün bunlardan əlavə uşağı məktəbə aparan zaman uşağı digər sinif yoldaşları və məktəb ortamı ilə tanış etmək lazımdır. Uşaqlara digərləri ilə ünsiyyət qurmağı, salamlaşmağı və yardım istəmək kimi kiçik rolları öyrətmək lazımdır. Maraqlı hekayələr və kitablar da uşaqlar üçün əyləncəli ola bilər”.

Nərmin Ağayeva bildirib ki, yatmazdan öncə uşaqlara nağıl oxumaq onların beynini sakitləşdirir:

“Məktəb başlamazdan öncə də uşaqları 1-2 həftə yuxudan tez oyatmaq və gündən 30 dəqiqə dərslə məşğul olmaq da olar. Yatmazdan öncə nağıl oxumaq da uşaq beynini sakitləşdirən faktorlardan biridir. Geyinəcəyi paltarı axşamdan seçmək və çantasını axşamdan hazır qoymaq lazımdır. Belə hallarda uşaq özünü daha məsuliyyətli hiss edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*