Məktəblər getdikcə “qadınlaşır” – Deputat həyəcan təbili çaldıbackend

Məktəblər getdikcə “qadınlaşır” - Deputat həyəcan təbili çaldı

Bir çoxları elə düşünür ki, məktəbin idarə olunmasında kişi direktorlara daha çox üstünlük verilməlidir. İddialara əsasən idarəçilikdə kişilərin qadınlardan daha üstün olduqları bildirilir.

KONKRET.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirib ki, məktəb direktorunun kişi və ya qadın olmasınının heç bir əhəmiyyəti yoxdur:

“Belə bir ayrı-seçkiliyin aparılması yanlışdır. Çünki yaxşı idarəçi həm qadın, həm də kişi ola bilər. Əslində direktorların qadın və ya kişi olması məsələsinə yox, onların təcrübəsinə, vicdanlı və təmiz olmasına diqqət yetirilməlidir. Müşahidələr onu göstərir ki, məktəbi idarə edən şəxs bacarıqlı və təcrübəlidirsə, onun kişi və qadın olmasının heç bir əhəmiyyəti yoxdur. Ona görə də, hər hansısa təhsil müəssisəsinə məktəb direktoru təyin edərkən onların yanlız savadı və biliyi nəzərə alınmamalıdır. Yəni, həmin direktorların təcrübəsini və psixologiyası ilə bağlı nüansları əsas götürmək lazımdır”.

Həmsöhbətimiz qeyd edib ki, bəzi məktəblərdə qadınların fəaliyyəti artıb:

“Yanlız bilik və savadına görə bir insanı 4-5 min şagirdi olan məktəbə direktor təyin etmək olmaz. Çünki az öncə qeyd etdiyim məqamlar nəzərə alınmalıdır. Heç şübhəsiz ki, təcrübəli qadın və kişi direktorlarımız var. Lakin onu da qeyd etmək lazımdır ki, məktəblər getdikcə tamamilə “qadınlaşır”. Hətta bəzi məktəblərdə idman dərslərini belə qadınlar keçir. Ümumtəhsil müəssisələrində yanlız qadınlar deyil, kişilərin də fəaliyyəti vacibdir. Onun üçün təbii ki, maaş məsələsi önəmlidir. Buna görə də müvafiq addımlar atılmalıdır. Eyni zamanda təcrübəsi olmayan, insanlarla işləməyi bacarmayan şəxslərin məktəbdə direktor təyin olunması məsələsinə yenidən baxmaq lazımdır. Bu məsələdə çox diqqətli olmalıyıq”, -deyə fikrini yekunlaşdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*