Məktəblərdə payız tətilindən sonra ilk dərs gününün VAXTI AÇIQLANDIbackend

Məktəblərdə payız tətilindən sonra ilk dərs gününün VAXTI AÇIQLANDI

Məlum olduğunu kimi Nazirlər Kabineti COP29-un keçiriləcəyi dövrdə ölkə ərazisində təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair qərar qəbul edib. Qərara əsasən, ümumi təhsil müəssisələrində payız tətili 2024-cü il noyabrın 12-dən 22-dək olacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyindən APA-nın sorğusuna cavabda bildirilib.

Qeyd edilib ki, noyabr ayında bayram günləri və şənbə-bazar günlərini nəzərə alsaq, payız tətilindən sonra ilk dərs günü noyabrın 25-ə təsadüf edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*