“Məktəblərdə şahmat ayrıca fənn kimi tədris edilməlidir” – AÇIQLAMAbackend

"Məktəblərdə şahmat ayrıca fənn kimi tədris edilməlidir" - AÇIQLAMA

“Bugün orta məktəblərimizdə şahmatın ayrıca fənn kimi tədrisi çox vacibdir. Doğrudur, bir çox məktəblərdə dərsdənkənar əlavə məşğələ kimi keçirilir və könüllü xarakter daşıyır. Amma gələcəyin təfəkkürlü şəxsiyətinə yönəlik təhsili düşünürüksə, şahmat fənni heç olmasa həftədə bir dəfə əsas fənn kimi tədris olunmalıdır”.

KONKRET.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib.

Tədqiqatçı şahmatın ayrıca fənn kimi tədris etməyin yollarını sadalayıb:

“1)Tam olaraq peşəkar şahmat məktəblərində olduğu kimi deyil, analizetmə, qərarqəbuletmə, situasiyadan çıxış elementlərinin nəzəri izahı kimi;

2) Zəka dünyasına yolçuluq kimi – onsuz da dərs yükü ağır olan uşaqlar üçün əyləncəli və maraqlı olmalıdır;

3)Şagirdi manevr və sistemli hərəkətə öyrədən alqoritm kimi;

4) Hazırlanacaq dərs vəsaitində də bu amillərin nəzərə alınması düşünən şagir cəmiyyətə daha tez qazandıracaq”

Aygün Mirakif,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*