Məktəblərin açılması 3 ay təxirə salına bilərmi? – EKSPERTDƏN AÇIQLAMAbackend

Məktəblərin açılması 3 ay təxirə salına bilərmi? - EKSPERTDƏN AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatı pandemiyaya görə dünya üzrə fövqəladə vəziyyəti 3 ay uzadılması ilə bağlı qərar qəbul etdi. Bizdə də karantin rejimi uzadılsa, məktəblərin açılması 3 ay təxirə salına bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil ekspeti Kamran Əsədov bildirib ki, artıq dünyanın bir çox ölkələrində yeni tədris ilinin açılmasına hazırlıq gedir:

“Pandemiyanın davam etməsindən asılı olmayaraq müəyyən qaydalara riayət etməklə tədrisin bərpası mümkündür. İlk növbədə tədris ili başlayana qədər hər məktəbdə bir həkim və ya tibb bacısının olması təmin olunmalıdır. Mart ayından etibarən xəstəliyə yoluxmuş ailələr, onların yaxınları, xroniki, digər yoluxucu və təhlükəli xəstəlikləri olan şagirdlər, onların daşıyıcıları dərslərə gəlməsin. Onların təhsili mərkəz məktəblər tərəfindən məsafədən təşkil olunsun. Həmin şagirdlərin müəyyən olunaraq qeydiyyatının aparılması, əyani iştirak edə bilmədiyi dərslərinin cədvəllərinin müəyyən olunması oxuduğu məktəblə mərkəz məktəb arasında əlaqələndirilsin”.

Kamran Əsədov vurğulayıb ki, I, V, IX siniflər həftədə 3 dəfə, ara siniflər həftədə 2 dəfəlik tədrisi nəzərdə tutan cədvəllər hazırlansın:

“X və XI siniflərdə tədris tam onlayn qaydada təşkil edilsin. Onların dərsdən sonra şəhərin müxtəlif ərazilərində repetitorluq fəaliyyəti ilə məşğul olaraq vuris daşıyıcısı olma ehtimalları nəzərə alınsın”.

Ekspet təklif edib ki, indidən məktəb binalarının qarşısında sosial məsafəni gözləmək üçün nişanlayıcı xətlər çəkilsin:

“Fiziki tərbiyə və həyat bilgisi dərsləri mütləq keçirilsin. Həmin dərslərə pandemiya və sağlamlığın qorunması ilə bağlı aktual olan mövzu və idman hərəkətləri daxil edilsin. Bu fənlər, xüsusilə fiziki tərbiyə dərsi əlavə dərs cədvəli müəyyən olunaraq tədris oluna bilər. Qapıda qızdırma ölçən cihaz və dezinfeksiya aparatı qoyulsun, hər kəs ondan məcburi istifadə etsin. Məktəblər açılarsa, vacibdir ki, sanqovuşaqlarda, otaqlarda, dəhlizlərdə müntəzəm dezinfeksiya işləri aparılsın. Tez-tez sinif otaqlarının havasının dəyişməsi təmin olunsun”.

O, fikrini belə tamamlayıb:

“Düşünürəm ki, dərdlərdə şəxsi əşyalarını digər şəxslərlə, sinif yoldaşları ilə paylaşmaqdan çəkinsinlər. Bu və digər qaydalara riayət etməklə tədrisin bərpası mümkündür. Hətta istənilən karantin rejimində”.

Nərgiz Mirzəyeva

KONKRET.az

  • Aynur Məmmədova
    Avqust 3, 2020 - 18:57

    Məktəblər Univetsitetlər təcili əvvəlki qayda ilə açılsın uşaqlarımız savadslz qalmadın online dərslərin qəti surətdə keçirilməsini istəmirik

    • Qeniyeva Gulnare
      Avqust 5, 2020 - 05:25

      Men ozum 11 sinifde oxuyuram ve online derselerden hecne basa dusmek olmur.Amma muellimlerin eziyetini untmuram.Va xais edirem ki mektebler acilsin.Bir defe isiq sonur,bir defe internet gedir.Bir sozle bele online alinmir.Ve bir sualim var 10 ve 11 sinifler online olacag?Eyer eledise imtahanlatdan nece netice gosterek?…..

  • Aynur Məmmədova
    Avqust 3, 2020 - 19:02

    Təcili dərslər əvvəlki qayda ilə açın yəni sentyabrın 15 də uşaqlarımız savadsız qalmasın!!!!! Məktəblərdə Universitetlərdə Online dərslərin keçilməsini istəmirik ,,keyfiyyəti çox pis nəticədə olur!!!!

  • Mədinə Abdurahmanlı
    Avqust 3, 2020 - 19:53

    Təcili dərsləri ənənəvi qaydayla açın çünki onlayın təhsilin keç bir keyfiyyəti yoxdur.Onlayın təhsil baş aldatmaqdır onlayın təhsilə qoşula bilməyənlərdə var bunu nəzərə alın.

    • Zarina
      Avqust 3, 2020 - 20:18

      mende sizinle raziyam

  • Tünzalə
    Avqust 3, 2020 - 20:16

    Eyni ile raziyam onlayn dersler sagirdlere enenevi dersin yerini vermir lakin abituriyentlərin sadece repititorlarin yanlarina getmesi onlarin islerini asanlasdiracaq.

  • Zarina
    Avqust 3, 2020 - 20:17

    Mekteblerin tecili suretde acilmasini isteyirem.cunki bir uwaqin temeli yoxdusa gerisi ne olacaq.menim imkanimda yoxduki repititir yanina qoyum uwaqimi.buna bir care qilin.

    • Zehra
      Avqust 4, 2020 - 23:19

      Bizim mekteblerde tehsilin gedisati ele qurulub ki hetta ilimiz 12 ay bu mektebler aciq olsa ve heftenin butun gunleri fealiyyet gosterse bele,usagimizin elmli olmagini isteyirikse mutleq elave mesqeleye qoymaliyiq.

  • leyla
    Avqust 3, 2020 - 23:33

    məncə 1,2,3,4,5,səhər saat 8də yuxarı siniflər isə günorta dərsə gəlsin

    • Positive
      Avqust 5, 2020 - 00:47

      Amma yuxarı siniflər,eləcə də mən – 10 -cu sinif şagirdi olaraq repititrlara gedirik.Yəni biz səhər olsaq, daha ədalətli olar.Kiçik siniflərin önündə imtahana qədər hələ çox vaxt var.🙂

  • leylaməmmədli
    Avqust 3, 2020 - 23:34

    dərslər açılmalıdır.

  • Aynurə Məmmədova
    Avqust 4, 2020 - 00:42

    Dərslər əvvəlki qaydada olsun.Hər bir şagirdin çantasında dezinfeksiya edici maddeler olsun.Amma dərslər mütləq açılmalıdır…!

  • Aynurə Məmmədova
    Avqust 4, 2020 - 00:44

    Dərslər əvvəlki qaydada olsun..Hər bir şagirdin çantasında dezinfeksiya edici maddeler olsun.Amma dersler mütləq başlamalıdır!…

  • Mahirə
    Avqust 4, 2020 - 07:48

    Dersler âcilmalidir siniflere paylasilsin usaqlar az sayda ibtidailer gunun birinci hissesi boyuk dinifler ikinci hissesinde derslerini kecsinler enenevi kecirilen dersin yerini hec ne vermir repititorlara isleyib alim olmayacaqlar ki bu repititorlar hemise olub da savadli kadr barmaqla sayilasi qederdir mektebde derslere ustunluk lazimdi . Bir birimizin qanini sormaga pulhnu soymaga alisqanliq olub . Onlayn ders zamani usaqlar derse qosuluncuya qeder vaxt yarilanir sesler bir birine qarisir ilin son dersleri onlayn kecirildi o movzulari indi hec bir usaq serbest isleye bilmir DERSLER ENENEVI ACILSIN

    • Roza
      Avqust 4, 2020 - 13:07

      Men sizinle razi deyilem sexsen yuxari sinif olaraq gunun birinci yarisinda getmeliyik cunki bizimde gedilesi hazirliqlarimiz var xais edirem bunuda dusunun .Asagi siniflerin onunde iller var ama bizim 2 ilimiz ona gore bu fikirle razi deyilem

  • Fateh Əlizadə
    Avqust 4, 2020 - 08:09

    Onlayn dərsin heç bir nəticəsi yoxdur.Rayonvə kəndlərdə demək olar lap sıfır səviyyəsindədir.Bir kənd sakini olaraq tələb edirəm ki,dərslər ənənəvi qaydada açılmalıdır.Başdansavdı dərs bizə lazım deyil.Uşaqlarımızın gələcəyi üçün,savadsız olmamaları üçün bunu tələb etməliyik.Məktəbin həyətində müəllim və şagirdlərin temperaturunu ölçsünlər sonra sinifə keçib dərsə başlasınlar.Bu daha məntiqlidir məncə.

  • Roza
    Avqust 4, 2020 - 13:09

    Mence gunun birinci yarisi yuxari sinifler(10,11)mutleq,ikinci yarisi ise asagi sinifler olsun.Ama online dersle hec razi deyilm!!!!

  • Gulnare
    Avqust 4, 2020 - 14:14

    Men isteyirem dersler acilsin.Cunki ushaqlar onlayinla strese dushurler.Tel xarab olur ushaq oturub aglayirki,men dersden geri qaldim.Cavab vere bilnedim.Mekteblerin acilmasini butun valideyinler istiyir.

  • Nazlı
    Avqust 4, 2020 - 14:20

    İnsafınız olsun bu uşaqlara yazığınız gəlsin məktəbləri acın onlayım dərs deyil daş aldatmsqdı yazıq kasıb hardan şəxsi müəllim tutsus

    • Natəvan
      Avqust 5, 2020 - 00:05

      Düz və doğru.şəxsən mənim imkanım yoxdur.

  • ……
    Avqust 4, 2020 - 14:47

    Əslində heç buranı oxuyan yoxdu amma bir azərbaycan vətəndaşı olaraq fikrimi bildirmək isdədim çünki məndə bir tələbəyəm və rayonda oluram. Dərsdərin onlayın qaydada olması ağla batan bir fikir deyil məsələn adicə martdan bura keçirlən online dərsi götürək bizim universtetdə qoşula bilən qoşuldu qoşula bilməyən məsələn kəslidi bununçündə düzdüü imkan yaratdılarr yəni pulsuz imtahan verməy bəs yaxşııı niyə haqsızlıq olur imkanı olan qoşulur qoşula bilməyən isə diplomuna kəsr yazılır niyə yazılmalıdı hamının təhsil barədə səviyyəsi bir tutulmaldı bakıda online dərsdər olanda bir neçəə şagird qoşulmuşdu ancaq rayondan oçan uşaqların birinində martdan sonrakii olan dərsdərdən xəbəri yoxdu. Bu qədər haqsızlıq yetər artığ dərslər açılmalıdı ara məsfaə gözlənilmək açlsa digər təbrirlər görülərək açılsa heç bir problem olmazz nə qədər uşağ imtahanda iştirak edib niyı yoluxma olmuyubb demıkki qaydalara riyayət olunsaaa hər şey öz yolunda gedər bu virus onsuzda bitəsi bir şey deyil onda ömrümüzün axrına qədər təhsilsiz qalaq təhsili onlayın qaydada etməydənsə bu qədər insanl stresə salmaqdansa əyər açılmlyacaqsa keçməməy ondan yaxşıdı ən azından haqsızlığa baxıb adma boğulmur

  • Duyğusal
    Avqust 4, 2020 - 14:51

    Bir şagird kimi deyiremki indi ancağ 10-11 ci sinif yox bütün sinifler repetitorluq fəaliyyəti ilə məşğul olur.Xahiş edirik bizde onlayn yox enenevi qaydada derslerimizi keçək.Bizimde haqqımız var mektebe getmek.Heç olmazsa fasilelerle hisse hisse gedək məktəbə ancağ qəti şəkildə online olarağ dərs keçirilməsin.Online dərsdən öyrənə bilmirik heçnə.haminin da online öyrənmə şəraiti yoxdur.Xahiş edirik mektebler açılsın.Tehsilimize davam edek.

  • Kazimova gülnar
    Avqust 4, 2020 - 18:37

    Mən bu il kend məktebinden məzun olmuş bir şəxs kimi danişiram nə xeyri oldu onlayn dersin heç xeberiniz var kəndde işiqlar müeyyen saatlarda yanir hardan tapağ o qisa zamanda onlayn dersi xeberiviz var mən ve sinif yoldaşlarim mehz bu onlayn derse göre nələr itirdiy hələ ən gülüncüde o tele ders lahiyesiydi nolar xahiş edrem kor etmiyin açın dersləri enenəvi qatdada bu kendde liseylərdə oxuyan uşaqlardan daha patensiallı uşaqlar var qoy oxusunlar yaziğdilar məhv olmadinlar burda

  • Positive
    Avqust 5, 2020 - 00:43

    10-cu sinifə keçirəm və ənənəvi şəkildə təhsildən yanayam.Çünki online ilə dərs keçildi ,çox yorulduq…Bütün ritm pozuldu.Və tam da nəsə əldə edə bilmədik.Qaydalara əməl olunaraq ənənəvi şəkildə davam edək.Yuxarı siniflər, yəni 9,10,11-lər SƏHƏR NÖVBƏ OLSUNLAR.Çünki biz müəllimyanlarına (repititrlara)gedirik.Çatdırmaq olmur.Balaca siniflərin işi bizimki qədər çətin deyil,onların önündə hələ imtahan yoxdu.🔅

  • Məryəm Namazova
    Avqust 5, 2020 - 11:48

    Təhsil

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*