“Azərbaycanın məktəblərində buraxılış sinifləri aprel və may aylarında imtahanları verərək dərsləri bitirir”.
KONKRET.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.
Onun sözlərinə görə, dərslərin iyunun 15-nə qədər uzadılmasının heç bir faydası yoxdur.
Fazil Mustafa əlavə edib: “Uşaqları xaricdə təhsilə, xüsusilə də xaricdə dini təhsilə yönəltməmək üçün bu məsələlərə ciddi yanaşmalıyıq”.