Məleykə Abbaszadə: “Azərbaycan dili biliklərinin səviyyəsini öyrənmək üçün imtahanlar təşkil olunacaq”backend

Məleykə Abbaszadə: "Azərbaycan dili biliklərinin səviyyəsini öyrənmək üçün imtahanlar təşkil olunacaq"

Müxtəlif sosial kateqoriyalardan olan insanların Azərbaycan dili biliklərinin səviyyəsini öyrənmək üçün pilot imtahanlar təşkil olunacaq.

KONKRET.az xəbər verir ki, bunu “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram və imtahan modelinin təqdimatı zamanı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bu imtahan onlayn platforma üzərindən müəyyən müddət ödənişsiz keçiriləcək:

“Bu imtahanlar anonim olacaq, lakin imtahan verənlərin hansı peşə sahibi, hansı sosial kateqoriyadan olduqları yalnız bizə məlum olacaq. Bizə hər sosial təbəqədən ən azı 500 nəfərin imtahanda iştirak etməsi lazımdır. Bilmək istəyirik ki, müəllim, satıcı, sürücü, həkim və s. Azərbaycan dilini hansı səviyyədə bilir, digər peşə sahibləri bu imtahanı necə verirlər. Bununla bizdə etalon formalaşacaq. Eyni zamanda, bu imtahanlarda yaş kateqoriyaları üzrə də statistika aparılacaq. Məsələn, yeniyetmələr və yaşlı insanlar bu imtahanda necə nəticə toplayacaq, bu bizə maraqlıdır”.

O əlavə edib ki, bu araşdırmalar bir neçə qurum tərəfindən aparılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*