Melik-Şahnazaryan: “Ermənistan tutduğu mövqe artıq dünya gücləri üçün maraqlı deyil”backend

Melik-Şahnazaryan: “Ermənistan tutduğu mövqe artıq dünya gücləri üçün maraqlı deyil”

“Ermənistanın danışıqlar prosesində tutduğu mövqe və yanaşmalar artıq regionda geosiyasi maraqlar güdən güclər üçün maraqlı deyil”.

KONKRET.az xəbər verir ki, bu fikirləri politoloq, “Voskanapat” analitik mərkəzinin təsisçisi Hrant Melik-Şahnazaryan deyibş qeyd edib ki, O əlavə edib ki,

“Sünya gücləri, ümumiyyətlə, Ermənistanın neçə min kvadratkilometr ərazisinin, Azərbaycanın nə qədər ərazisinin olmasının heç bir əhəmiyyəti yoxdur. İndiki mərhələdə fövqəldövlətləri yalnız Cənubi Qafqazın kommunikasiya imkanları və yaxın gələcəkdə istifadəyə veriləcəyi ehtimal olunan nəqliyyat marşrutları maraqlandırır. Lakin bu məsələdə də onlar İrəvanın mövqeyinə demək olar ki, əhəmiyyət vermirlər, çünki hər birinin öz iradəsini asanlıqla Ermənistana sırıya biləcəyini çox gözəl bilirlər. Əgər bu məsələdə də qarşılıqlı razılıq olarsa, yəni fövqəldövlətlər bir-biri ilə əməkdaşlıq üçün müəyyən cəhətlər tapa bilsələr, o zaman onlar üçün hər şey daha sadə və təsirli olar”, – Qrant Melik-Şahnazaryan qeyd edir.

Politoloq hesab edir ki, siyasi oyunçular Paşinyanın “Dünyanın kəsişməsi” ideyasını populist ideya hesab edir.

“Səbəblər aydındır. Əvvəla, ona görə ki, “Dünyanın kəsişməsi” deyilən yer regionda baş verən real siyasi hadisələrin məntiqini əks etdirmir. İkincisi, ona görə ki, bu gün Ermənistanın sülh gündəmini diktə etmək imkanı yoxdur.

Amma ermənilərin Qarabağa qayıtması məsələsi xüsusən də Moskva, Brüssel və Vaşinqton dəstəkləyir və bu məsələnin həll edilməsini təkid edir. Onların bu məsələdə mövqeyi bəllidir. Mübahisələr yalnız ermənilərin Qarabağa qayıtması mexanizmlərinə və onun gələcəyinə aiddir”, – deyə ekspert fikrini yekunlaşdırıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*