Melkonyan: “Avropa ittifaqının Azərbaycana qarşı hər hansı sanksiyalarına ümid etmək lazım deyil”backend

Melkonyan: “Avropa ittifaqının Azərbaycana qarşı hər hansı sanksiyalarına ümid etmək lazım deyil”

“Avropa İttifaqı (Aİ) Azərbaycana qarşı qətnamə qəbul etdi” kimi xəbəri ildırım kimi çatdıran və çox sevinən hər kəsi məyus etməyə məcburam”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni politoloq Sergey Melkonyan yazıb.

O daha sonra fikrini belə davam etdirib:

  1. Avropa Parlamentinin qətnaməsi tövsiyə xarakteri daşıyır. Eləcə də Fransa Senatının “Artsax Respublikası”nın (Belə bir qondarma qurum artıq yoxdur-red) tanınmasını tələb edən qətnaməsi. Bu, heç kəsi məcbur etmir, sadəcə olaraq Makronun tvitləri kimi ermənilərin qəlbini fəth edir.
  2. Aİ Azərbaycana qarşı sanksiyaları qəbul etməyəcək. Bakının Macarıstan simasında əsas müttəfiqi var və o, Azərbaycana qarşı qətnamə qəbul etmək cəhdinin qarşısını hər vəchlə alacaq. Bundan başqa, Ursula fon der Leyenin sözlərinə görə, Azərbaycan enerji resurslarını təmin edən etibarlı tərəfdaşdır.

Odur ki, Aİ-nin Azərbaycana qarşı hər hansı sanksiyalarına ümid etmək lazım deyil.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*