Meloyan: “Ermənistan tarixində hələ bu qədər siyasi məhbus olmamışdı”backend

Meloyan: "Ermənistan tarixində hələ bu qədər siyasi məhbus olmamışdı"

“Ermənistan hakimiyyəti müxalifətçilərə qarşı çox dözümsüzdür. Siyasi düşüncələrinə görə insanlara qarşı hüquq-mühafizə alətlərindən istifadə getdikcə artır. Bu isə bizi çox narahat edir”.

KONKRET.az xəbər verir ki, bu barədə Parlamentarizmin İnkişafı üzrə Beynəlxalq Mərkəzin icraçı direktoru Qohar Meloyan deyib. “Məncə, Ermənistan tarixində hələ bu qədər siyasi məhbus olmamışdı. Siyasi fikir bildirən, müxalif mövqedə olan siyasilər bu gün hüquq-mühafizə orqanlarının bir nömrəli hədəfidir. Problem ondadır ki, insanlara qarşı tətbiq edilən hüquqi proseslər cəfəngiyyatdan başqa bir şey deyil.

Meloyan fikrincə, “həbs klassik cəza alətinə çevrilib, müxalifət xadimlərini sıxışdırmaq və onların söz azadlığı hüququnu məhdudlaşdırmaq üçün bütün təzyiqlərdən istifadə edilir. Artıq insanın şəxsi azadlığı hədəfə alınır”.

“Ermənistanın Helsinki Komitəsi” QHT-nin prezidenti Avetik İşxanyan da qeyd edib ki, bu gün müxalif fikirlərlə malik şəxslər cinayət məsuliyyətinə cəlb olunub ki, bu da yalnız diktatura ölkələrinə xas olan bir şeydir. “Müxalifəti ittiham etmək üçün Cinayət Məcəlləsini beynəlxalq standartlara zidd olan süni maddələrlə doldurublar. Bu gün Ermənistanda qadın və azyaşlılar da daxil olmaqla 50-yə yaxın siyasi məhbusumuz var”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*