Məmmədyarov erməni həmkarı ilə bu gün Qarabağ münaqişəsini müzakirə edəcəkbackend

Məmmədyarov erməni həmkarı ilə bu gün Qarabağ münaqişəsini müzakirə edəcək

Bu gün Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın növbəti görüşü video konfrans formatında keçiriləcək.

KONKRET.az xəbər verir ki, bundan öncə Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şefer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik ilə video konfransda görüşüb.

Tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin hazırkı vəziyyəti barədə fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, aprelin 21-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə video konfrans formatında görüşü olmuşdu.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*