Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun Rusiya XİN rəhbəri Sergey Lavrovla şərikli bizneslərinin olduğu ilə bağlı məlumatlar yayılıb.
İddiaya görə, Lavrovun Rusiyada nəhəng biznes şəbəkəsi var. O, konsulluqlara xidmət edən şirkətlərə sahibdir. Həmin şirkətlərin illik dövriyyəsi 600 milyon dollardan yuxarıdır. Üstəlik, Məmmədyardov nazir olduğu dövrdə əsas yatırımlarını Rusiya XİN rəhbərinin şirkətlərinə yönəldib və oradan böyük gəlir götürüb.
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya sabiq xarici işlər naziri Elmar Məmmədyarovla əlaqə saxlayıb.
Sabiq nazir məlumatı gülüşlə qarşılayıb və bildirib ki, informasiyanı yayan adamlar araşdırmalarını sona qədər aparsalar, yaxşı olar:
“Mənə bağlılığı olan hər hansı şirkəti aşkar etsələr, həmin şirkəti tapan adama bağışlayacağam. Yazırlarsa, deməli əllərində fakt var. Lap yaxşı, qoy o faktın axırına qədər getsinlər, tapsınlar və qazansınlar. Söz verirəm ki, adıma çıxan şirkəti tapan adama Ramazan hədiyyəsi edəcəyəm”.