“Mən getsəm, hər şey dağılacaq” – Lukaşenkobackend

"Mən getsəm, hər şey dağılacaq" - Lukaşenko

Bir gün əvvəl Belarus lideri Aleksandr Lukaşenko yerli media ilə görüşüb.

KONKRET.az xəbər verir ki, o, əsas vəzifəsi ilə bağlı fikirlərini bölüşüb.

Lukaşenkonun fikrincə, onun əsas məqsdədi ölkənin suverenliyini qorumaqdır.

“Mən istəmirəm ki, sabah kimsə gəlib öz əllərimizlə yaratdığımız hər şeyi dağıdacaq və eksperiment aparacaq” deyib.

Onun sözlərinə görə, ölkədə dəyişikliklər “Maydandan deyil, konstitusiyadan” gəlməlidir. Əks təqdirdə, Lukaşenko vurğulayıb ki, ölkə öz tarixinin üstündən xətt çəkəcək.

Onun fikrincə, ölkəyə təzyiq müxtəlif tərəflərdən gəlir:

“Yaxşı, “Maydan” haqqında sözləri başqa necə şərh edə bilərsiniz? Aydındır ki, bu, Rusiya ilə bağlı deyil. Etiraf etməliyəm ki, Belarus müstəqil inkişaf dövrü ərzində belə bir təzyiq yaşamamışdı” deyib.

Belarus lideri ilk qələbəsini 1994-cü il prezident seçkilərində qazanıb, ancaq bəlkə də bu, Lukaşenkonun Rusiyanı tənqid etməyə çox vaxt ayırdığı ilk seçki kampaniyasıdır.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*