“Mən Gürcüstanda hamının prezidenti olmaq niyyətindəyəm” – Kavelaşvilibackend

“Mən Gürcüstanda hamının prezidenti olmaq niyyətindəyəm” - Kavelaşvili

“Gürcü xalqı əsrlər boyu müxtəlif etnik və ya dini mənsubiyyətə malik insanlarla harmoniya şəraitində yaşayıb”.

KONKRET.az xəbər verir ki, bunu Gürcüstan prezidenti Mixeil Kavelaşvili andiçmə mərasimində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, gürcülərin həmişə xüsusi dostluğu olub və buna görə də müxtəlif etnik mənşəli insanlar Gürcüstanı çox keçmədən öz vətənləri hesab ediblər və lazım gələrsə, onu müdafiə etmək üçün gürcülərlə bərabər döyüşüblər.

Mixeil Kavelaşvili deyib ki, ölkəsi kənardan özünü əhatə edən cəmiyyətin süni qütbləşməsi ilə üz-üzədir.

“Fikirlərindən və siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir Gürcüstan vətəndaşı mənim üçün əzizdir. Məni kimin bəyənməsindən və ya bəyənməməsindən asılı olmayaraq, hamının prezidenti olmaq niyyətindəyəm”, – Gürcüstan prezidenti Mixail Kavelaşvili andiçmə mərasimində deyib.

Kavelaşvili qeyd edib ki, onun səyləri cəmiyyətin birləşməsinə yönələcək.

“Mənim bundan sonrakı səylərim cəmiyyətin birləşməsinə yönələcək. Bu və ya digər məsələyə baxış bucağından asılı olmayaraq, biz vətənimiz, dəyərlərimiz və qarşılıqlı hörmətə əsaslanan qaydalar ətrafında birləşməyi bacarmalıyıq ki, onları birlikdə qurmağa davam etməliyik”, – deyə dövlət başçısı vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*