Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla görüşə hazır olduğunu bəyan edib.
KONKRET.az xəbər verir ki, o, bu barədə ilin yekunlarına həsr olunmuş konfransda deyib.
“Mən onunla nə vaxt görüşəcəyimizi bilmirəm. Çünki o bu barədə heç nə demir. Mən onunla dörd ildən çoxdur, ümumiyyətlə, danışmamışam. Əlbəttə, istənilən vaxt onunla görüşməyə və danışmağa hazıram”, – V.Putin qeyd edib.