“Mən ruslar üçün tualet təmizləməliyəm?” – Ermənistanda rusofobiyanın yeni əlamətləribackend

“Mən ruslar üçün tualet təmizləməliyəm?” - Ermənistanda rusofobiyanın yeni əlamətləri

Rusiyada maaşların azlığından şikayətlənən ermənilər bu səbəbdən özlərini “ikinci dərəcəli” hesab etməyə başlayıblar.

KONKRET.az xəbər verir ki, bu, Ermənistan vətəndaşları arasında hiddət dalğasına səbəb olub.

Ermənilər arasında aparılan sorğu nəticələrinə görə, onlar hara getsələr, “ikinci dərəcəli insanlar” kimi qəbul edildiklərini bildiriblər. Onlar üçün xüsusən Rusiyada daha ağır şərtlərin olduğu bildirilib .

Sorğuda iştirak edənlərdən biri deyir ki, Rusiyada tualet təmizləyicisi işləyir və bunun müqabilində 300 min dram (67 500 rubl) alır. Amma bu pul ona normal yaşamağa, hətta Ermənistandakı ailəsinə kifayət qədər pul göndərməyə də çatmır.

“Bütün günü ruslar üçün tualet təmizləməliyəm. Rusiyada biz ən çətin şəraitdə yaşayırıq”, – miqrant deyir.

Bu narazılıqlara isə rusdilli istifadəçilər sosial şəbəkələrdə sərt reaksiyalar veriblər. Onlardan bəziləri hətta ermənilərin Rusiyaya girişinə qadağa qoyulmasını tələb ediblər:

“Rusiya, sərhədləri ermənilər üzünə bağlamaq lazımdır. Bizə belə xalq lazım deyil!!! Qoy gedib Ermənistanda işləsinlər”.

“Hazırda İrəvanda və digər əyalətlərdə çoxu Ermənistanda rusofobiyanın güclənməsindən danışır. Bu yaxınlarda İrəvan sakininin İkinci Dünya Müharibəsi zamanı mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidəni təhqir etməsi xəbəri ictimaiyyəti ayağa qaldırmışdı. İndi həmin şəxs Ermənistanda əlini-qolunu sallaya-sallaya rahat gəzə bilir və ruslar haqqında çirkin piar aparır. Bu, müasir Ermənistanın acı reallığıdır”

Qeyd edək ki, 2024-cü ilin əvvəlində Ermənistanın Dövlət Gəlirləri Komitəsi qərar verib ki, əməkçi miqrantlardan vergi toplanılsın.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*