“Məni övladıma bağışlayın” dedi, hakim prokurorun istədiyindən çox cəza kəsdi… NARKOKURYER KƏNAN HÜSEYNOVUN İŞİbackend

“Məni övladıma bağışlayın” dedi, hakim prokurorun istədiyindən çox cəza kəsdi... NARKOKURYER KƏNAN HÜSEYNOVUN İŞİ

Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda, külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Kənan Hüseynovun cinayət işi üzrə məhkəmə istintaqı bu günlərdə yekunlaşıb.

KONKRET.az-ın xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Cinayət işinin materiallarına əsasən təqsirləndirilən K.Hüseynov İran vətəndaşı, şəxsiyyəti istintaqa məlum olmayan “Mehman” adlı şəxslə cinayət əlaqəsinə girərək onun tapşırığına əsasən külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsində, satışında ittiham olunub. Saxlanılarkən onun üzərindən 12 kiloqram heroin, 2 kiloqram psixotrop maddə olan “şüşə” adlandırılan metamfetamin və 868 qram tiryək aşkarlanaraq götürülüb.

K.Yusifovun vəkili müvəkkilinin törətdiyi cinayət əməlini etiraf etməsini, narkotik vasitəni paytaxt ərazisində zibillikdən götürərək bir yerdən başqa yerə daşıdığını deyib: “Narkotik vasitəni İran vətəndaşı özü qaçaq yolla gömrükdən keçirib. Kənanın əməlində qaçaqmalçılıq yoxdur. O, narkotik vasitəni paytaxt ərazində daşıyıb”.

Məhkəmədə sön sözlə çıxış edən K.Hüseynov “məni övladıma bağışlayın” deyib. Amma onun bu yalvarışları nəinki hakimin qəlbini yumşaltmayıb, əksinə, o, prokurordan da amansız olub. Və K.Hüseynova prokurorun istədiyindən 6 ay çox, 12 il həbs cəzası kəsib.

Virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*