“Mənim Azərbaycan vətəndaşlığı alacağım haqda deyilənlər yalandır” – Elza Simonyanbackend

"Mənim Azərbaycan vətəndaşlığı alacağım haqda deyilənlər yalandır" - Elza Simonyan

Qarabağda yaşayan erməni müğənni Elza Simonyanın Azərbaycan vətəndaşlığını alacağı, Xankəndidə qalacağı iddia olunur. Hətta sarkazmla da olsa, bəziləri onun Bakıya gələcəyini, yerli şou-biznesə qatılacağını deyir.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan Elza Simonyan haqqında yayılan xəbərlərin yanlış olduğunu açıqlayıb.

Gənc ifaçı Qarabağda yaşamadığını da bildirib:

“Haqqımda yayılanlar yalan məlumatdır. Mən erməniyəm və Ermənistan vətəndaşıyam, valideynlərim də ermənidir.

Mənim Azərbaycan vətəndaşlığı alacağım haqda deyilənlər yalan məlumatdır. Eyni zamanda mən hazırda Qarabağda yaşamıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*