Mənsum İbrahimov: “Belə bir tədbirin Şuşada keçirilməsinin əhəmiyyətini biz sonra görəcəyik”backend

Mənsum İbrahimov: "Belə bir tədbirin Şuşada keçirilməsinin əhəmiyyətini biz sonra görəcəyik"

“Şuşada keçiriləcək Qurultay münasibətilə hər bir azərbaycanlını təbrik edirəm”

“Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi xalqımız və dövlətimiz üçün çox böyük əhəmiyyət kəsb edir. Xüsusilə də 44 günlük  müharibədəki tarixi Zəfərimizdən sonra”.

Bu sözləri KONKRET.az-a açıqlamasında Azərbaycanın xalq artisti Mənsum İbrahimov deyib.

Onun sözlərinə görə, son illər xarici ölkələrdəki Azərbaycan diasporunda kəmiyyət və keyfiyyət dəyişikliyi baş verib: “Bir vaxtlar xarici ölkələrə səfər edərkən daha çox cənubdan olan soydaşlarımızla ünsiyyətdə olurduq. Amma son illər istər Avropada, istərsə də ərəb ölkələrində diasporumuzda çox böyük təşkilatlanma var. Eyni zamanda Vətən muharibəsi zamanı Azərbaycan diaspor təşkilatlarının haqq səsimizi bütün dünyaya çatdırdığını gördük. Bu gün bu insanların Şuşada  bir araya gəlməsi tarixi hadisədir.

Bəziləri ilk dəfədir ki, Şuşanı görəcək, bu da çox önəmlidir. Bu gün biz dövlətimizin güclənməsini görürük, hər dəfə getdikcə xaricdə açılan məktəbləri, mədəniyyət mərkəzlərini, Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi çox yüksək səviyyəli tədbirləri görürük. Elə bir neçəsində mən şəxsən iştirak etmişəm. Əlbəttə, mən bunu alqışlayıram.

Zəfərimizdən sonra ilk dəfədir Dünya Azərbaycanlılarının Qurultayı Azərbaycanın mədəniyyət ocağı Şuşa şəhərində keçirir. Bunun əhəmiyyətini biz sonra görəcəyik. Bütün dünya azərbaycanlılarını Qurultay münasibətilə təbrik edirəm. Gözümüz aydın olsun ki, bu gün alnımız açıq, başımız ucadır, qələbə çalmış bir dövlətin vətəndaşlarıyıq. Artıq bütün dünya bizi tanıyır”.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*