Meqan Foks gənc sevgilisinin klipində çəkildi – VİDEObackend

Meqan Foks gənc sevgilisinin klipində çəkildi - VİDEO

Bu yaxınlarda əri, aktyor Brian Ostin Qrin ilə boşandığını elan edən amerikalı aktrisa Meqan Foks  rep sənətçisi, sevgilisi Kolson Bakerin təxribatçı videoçarxında rol aldı.

KONKRET.az xəbər verir ki, beləliklə, ulduz müğənni ilə münasibətləri barədə şayiələri artırdı.

“Bloody Valentine”  mahnısının videosunda Meqan Foks ehtiraslı bir rol oynayıb.

Görüntülərdə aktrisa alt paltarındadır.

Tərəfdarlar videoklipi qiymətləndirdi. Bir çoxları cütlüyün yalnız setdəki iş əlaqələri ilə bağlandıqlarına qərar verdilər.

Xatırladaq ki, üç övladları olan Brian Ostin Qrip və Meqan Foks 10 illik evlilikdən sonra boşanmaq qərarına gəldilər.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*