Meqan Marklla cinsi əlaqəsindən danışsa – 70 min dollar qazanacaq – FANTASTİK TƏKLİF +18backend

Meqan Marklla cinsi əlaqəsindən danışsa - 70 min dollar qazanacaq - FANTASTİK TƏKLİF +18

Britaniya şahzadəsi Harrinin xanımı Meqan Marklla münasibətlərindən danışması üçün “Scary Movie” filmləri ilə məşhurluq qazanan amerikalı aktyor Saymon Reksə külli miqdarda pul təklif edilib.

KONKRET.az xəbər verir ki, karyerasının əvvəllərində pornoqrafik filmlərdə çəkilən 45 yaşlı aktyor bunu “Hollywood Raw” nəşrinə etirafında bəyan edib.

Reks bildirib ki, həqiqətdə onun heç vaxt Marklla eşq münasibətləri olmayıb:

“Bizim aramızda heç nə olmayıb. Heç öpüşməmişik də. Bir dəfə gəzməyə çıxmışıq. Ancaq bu, görüş deyildi. Sadəcə, teleşouda onunla tanış oldum və bir yerdə şam etdik”.

Aktyorun sözlərinə görə, Marklla cinsi münasibətdə olduğu barədə yalan etiraf üçün britaniyalı jurnalistlər ona 70 min dollar (119 min AZN) təklif ediblər. Aktyor isə hesab edib ki, onun yalan danışmaq və kral ailəsini rüsvay etmək hüququ yoxdur.

Qeyd edək ki, amerikalı aktrisa Meqan Markl və Britaniya şahzadəsi Harri 2018-ci ilin may ayında evləniblər. Bu nikah bütün dünyada böyük müzakirələrə səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*