Məqsədimiz HƏMAS-ı hərbi imkanlarından tamamilə məhrum etməkdir – İDFbackend

Məqsədimiz HƏMAS-ı hərbi imkanlarından tamamilə məhrum etməkdir - İDF

İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS-ı müharibənin sonuna qədər hərbi potensialından tamamilə məhrum etməyi hədəfləyir.

KONKRET.az xəbər verir ki, bu barədə İDF-nin beynəlxalq sözçüsü polkovnik Conatan Konrikus məlumat verib.

Onun sözlərinə görə, HƏMAS silahlıları terror əməliyyatları keçirmək üçün cənub sərhədini pozmağa cəhd ediblər.

Konrikus qeyd edib ki, buna cavab olaraq İDF qoşunların sayını artırıb hava zərbələri endirməyə davam edib.

“Burada bizim əsas vəzifəmiz müharibənin sonunda HƏMAS-ın heç bir hərbi potensiala malik olmamasını təmin etməkdir. Bu da əldə olunacaq”, – Konrikus qeyd edib.

“Bu tapşırığı necə həyata keçirəcəyimiz aydın şəkildə görünəcək. Amma indiki mərhələdə biz hava zərbələri endirməyə davam edirik”, – polkovnik əlavə edib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*