“Mercedes” “KamAZ”a çırpıldı: YARALILAR VAR – FOTOLARbackend

“Mercedes” “KamAZ”a çırpıldı: YARALILAR VAR - FOTOLAR

Kürdəmir rayonunda avtomobil qəzası olub.

KONKRET.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan “Mercedes” markalı minik avtomobili “KamAZ” markalı yük maşınının arxasındakı qoşquya çırpılıb.

Hadisə nəticəsində bir ailənin üzvləri olan altı nəfər xəsarət alıb.

Bunlar Bakı sakinləri – 49 yaşlı sürücü Mustafayev Mübariz Əhməd oğlu, 35 yaşlı Mustafayeva Leyla Yasin qızı, 71 yaşlı Mustafayeva Dursun Məhəmməd qızı, 67 yaşlı Mustafayeva Bəsti Məhəmməd qızı, 13 yaşlı Mustafayeva Nəzrin Xəyyam qızı, 36 yaşlı İbrahimova Təravət Yasin qızıdır.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

/report/

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*