“Mercedes” şirkəti Cənubi Koreyada rekord cərimə ödəyəcəkbackend

“Mercedes” şirkəti Cənubi Koreyada rekord cərimə ödəyəcək

Mersedes-Benz, Porsche və Nissan avtomobil istehsalçıları Cənubi Koreyada zərərli tullantıların real rəqəmlərini gizlətdiyinə görə cəzalandırılacaqlar.

KONKRET.az xəbər verir ki, bu barədə Sinxua Xəbər Agentliyi məlumat yayıb.

Avtomobil istehsalçıları dizel avtomobillərindən tullantıları azaltmaq üçün proqram təminatından istifadə ediblər. Eyni zamanda, Mercedes-Benz üçün cərimənin məbləği rekorddur. Şirkət 63.4 milyon dollar ödəməli olacaq.

2012-2018-ci illərdə Alman avtomobil istehsalçısı avtomobillərinin zərərli tullantıları barədə hesabatları saxtalaşdırıb.

Siyahıda 12 modelin 37 min avtomobili yer alıb.

C 200 d, GLC 220 d 4MATIC, GLC 250 d 4MATIC və ML 250 BlueTEC 4MATIC modelləri standartda tələb olunandan 13 dəfə çox zərərli hissəciklər buraxıb.

Porsche və Nissan, müvafiq olaraq 817.3 və 735.6 min dollar ödəyəcək. Həmçinin Cənubi Koreyanın Ətraf Mühit Nazirliyi avtomobil istehsalçılarını cinayət məsuliyyətinə cəlb edə bilər.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*