Mərdəkanı zibilxanaya kim çevirib? – VİDEObackend

Mərdəkanı zibilxanaya kim çevirib? - VİDEO

Mərdəkanın Ərəblinski küçəsində zibil qutuları olmağına baxmayaraq, tullantılar qutudan kənara atılır.

KONKRET.az xəbər verir ki, sakinlər zibil qutularından ətrafa yayılan qoxudan narazılıq edir, qoxunun nəinki ətrafdakı yaşayış evlərinə, hətta yaxınlıqdakı məktəbə yayıldığını vurğulayırlar.

Həmin ərazinin sakinlərinin bir digər problemi də yolların nahamar və yöndəmsiz olmasıdır.

Bu problemlərlə bağlı Xəzər rayon İcra Hakimiyyəti Mərdəkan nümayəndəsi İlqar Muqbilov açıqlama verib.

O bildirib ki, asvalt yerə əllə salınıb və xüsusi texnika ilə sıxılaraq bərkidilib. Xüsusi texnika olmadığına görə, yollarda ideal hamarlıq əldə etmək mümkün olmayıb.

Daha ətraflı Baku TV-nin süjetində:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*