“Mərhələni keçmək mümkündür” – “Şelburn”un baş məşqçisibackend

“Mərhələni keçmək mümkündür” - “Şelburn”un baş məşqçisi

“Şelburn” sabah UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında “Qarabağ”ın qonağı olacaq.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, İrlandiya klubunun baş məşqçisi Coy O’Brayenin oyundan bir gün əvvəl mətbuat konfransı keçirilib.

39 yaşlı mütəxəssis istəklərinin qələbə qazanmaq olduğunu bildirib:

“Sabahkı qarşılaşma normal bir oyundur. Azarkeş təzyiqinin olması futbolun mahiyyətidir, buna alışmışıq, qorxmuruq.

Həm baş məşqçi, həm də futbolçular olaraq istəyimiz qələbə qazanmaqdır. Mərhələni keçmək də mümkündür. Bu, tam bizim istədiyimiz ab-havadır”.

Qeyd edək ki, “Qarabağ” – “Şelburn” matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Dublində baş tutan ilk oyun ağdamlıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*