Merih Demiralın evi qarət olundubackend

Merih Demiralın evi qarət olundu

İtaliyanın “Atalanta” klubunun futbolçusu Merih Demiralın evi qarət olunub.

KONKRET.az xəbər verir ki, oğrular oyunçunun Berqamo şəhərindəki mənzilinin qapı və pəncərələrini qıraraq dəyərli əşyalarını, həmçinin külli miqdarda pulunu aparıblar.

Ailəsi ilə birlikdə Türkiyədə tətildə olan Demiral qarət xəbərindən sonra təcili İtaliyaya qayıdıb.

Qeyd edək ki, 24 yaşlı müdafiəçi “Yuventus”dan “Atalanta”ya 20 milyon avroya transfer edilib. Futbolçu komandasının heyətində iki mövsümdə 55 oyunda iştirak edərək 3 qol və eyni sayda qol ötürməsi ilə yadda qalıb.

APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*