Tbilisi meriyası yaz semestrində maliyyə vəsaiti əldə etmək istəyən tələbələrin müraciətlərini qəbul etməyə başlayıb.
KONKRET.az xəbər verir ki, bu yardımdan aztəminatlı və çoxuşaqlı ailələrdən olan tələbələr, habelə bakalavr, magistratura və doktoranturanın akademik pillələrində təhsil alan, amma sağlamlıq imkanları məhdud şəxslər yararlana biləcəklər.
Maliyyələşdirmənin həcmi əvvəlki semestrdə alınan orta qiymətlərdən asılıdır. Tələbələr 50, 70 və ya 100% maliyyə vəsaiti ala bilərlər ki, bu da hər semestr üçün 1125 laridən (təxminən 424 dollar) çox olmamalıdır.
Müraciətlər mayın 31-i daxil olmaqla qəbul ediləcək.
Natiq Səlim,
KONKRET.az