Merkel: “ABŞ daha dünya lideri olmaq istəmir”backend

Merkel: "ABŞ daha dünya lideri olmaq istəmir"

Avropa ABŞ-ın dünya lideri roluna həvəs göstərə bilməyəcəyi yeni bir gerçəkliyi düşünməlidir.

KONKRET.az xəbər verir ki, bu açıqlamanı Almaniya kansleri Angela Merkel  “The Guardian” nəşrinə verdiyi müsahibəsi zamanı deyib.

Merkel vurğulayıb ki, avropalılar Amerikanın dünya gücünə çevrilmək istəyi ilə böyüyüb.

“ABŞ indi öz istəyi ilə bu rolu oynamağı dayandırmaq istəsə, bu barədə ciddi düşünərik”, – deyib kansler.

ABŞ Prezidenti Donald Trampın Almaniyadakı Amerika kontingentini azaltmaq qərarını şərh edən Merkel yalnız Almaniyanın və NATO-nun Avropa hissəsinin deyil, Amerika maraqlarının da qorunmasına kömək etdiklərini qeyd edib.

Xatırladaq ki, Tramp Ağ Evə “Amerika hər ölkədən üstündür” anlayışı ilə gəldikdən sonra ABŞ dünya jandarmı rolundan imtina edir.

Yeni lider tədricən Amerika kontingentini müxtəlif ölkələrdən çəkməyə başlayıb.

Babək Göyüş,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*