“Bütün region ölkələrinin bu və ya digər dərəcədə iştirak etdiyi Çinin “Bir kəmər, bir yol” layihəsi və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Mərkəzi Asiyanın əhəmiyyətli rola malik olduğunu bir daha nümayiş etdirir”.
KONKRET.az xəbər verir ki, bu sözlər Qazaxıstan prezidenti Qasım Comart Tokayevin “Kazakhstanskaya Pravda” dövlət qəzetinə yazdığı məqalədə vurğulanıb.
Tokayev qeyd edib ki, Qazaxıstanın dəniz infrastrukturunda yeni imkanlar açılır: “Çindən, Mərkəzi Asiya ölkələrindən Cənubi Qafqaza, Türkiyəyə və daha da Avropaya artan yüklərin həcminin keçdiyi Aktau və Kurık limanlarını yeni perspektivlər gözləyir”.
Günel Mikayılova,
KONKRET.az