Mərkəzi Bank AÇIQLADI: Kəsr var, 1,6 milyard dollarbackend

Mərkəzi Bank AÇIQLADI: Kəsr var, 1,6 milyard dollar

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xidmətlər balansının kəsiri təxminən 1,6 milyard ABŞ dolları təşkil edib.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 % azdır.

“Kəsir əsasən tikinti və digər işgüzar xidmətlərin hesabına formalaşıb. Əvəzində 9 ayda nəqliyyat xidmətləri üzrə 862 milyon ABŞ dolları, turizm xidmətləri üzrə isə 359 milyon ABŞ dolları profisit yaranıb”, – deyə AMB rəsmisi qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*