Mərkəzi Bank pul nişanlarının satışı qaydalarını dəyişdibackend

Mərkəzi Bank pul nişanlarının satışı qaydalarını dəyişdi

“Tədavülə buraxılan investisiya, yubiley və xatirə pul nişanlarının satışı və geri alınması Qaydası”nda dəyişiklik edilib.

KONKRET.az xəbər verir ki, bununla bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, onlayn alınmış pul nişanı seçilmiş vaxtda götürülməzsə, AMB alıcı ilə əlaqə saxlayaraq yeni vaxt müəyyən edəcək. Həmin vaxtda da götürülmədiyi halda sifariş ləğv ediləcək və ödənilmiş məbləğ 3 iş günü ərzində geri qaytarılacaq.

Bundan başqa, pul nişanlarının geri alınması zamanı ekspertiza təqdim edən şəxsin iştirakı ilə aparılacaq və vəsait həmin gün nağd və ya nağdsız qaydada ödəniləcək.

Pul nişanının həqiqiliyinə şübhə yarandıqda isə əlavə ekspertiza aparılacaq, nəticədən asılı olaraq məbləğ 3 iş günü ərzində qaytarılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*