Mərkəzi Bank “PulPal”ın vəzifəli şəxsini cərimələdibackend

Mərkəzi Bank “PulPal”ın vəzifəli şəxsini cərimələdi

Azərbaycan Mərkəzi Bankı (AMB) “PulPal” MMC-nin vəzifəli şəxsini 1000 manat cərimə edib.

KONKRET.az xəbər verir ki, bu barədə AMB-dən bildirilib.

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilən cari nəzarət prosesləri çərçivəsində “PulPal” MMC-də aprel ayında keçirilmiş plandankənar yerində yoxlama zamanı yoxlama müddəti ərzində yoxlayıcıların lazımi texniki imkanlarla təmin edilməməsi və aparılmış əməliyyatlar haqqında dolğun məlumatların təqdim olunmaması ilə əlaqədar olaraq “PulPal” MMC-nin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq 1 000 (bir min) manat məbləğində cərimə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*