Mərkəzi Bank sabah mühüm qərarını açıqlayacaqbackend

Mərkəzi Bank sabah mühüm qərarını açıqlayacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) sabah, yəni iyunun 11-də növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərarını verəcək.

KONKRET.az bu barədə AMB-yə istinadən xəbər verir.

Mərkəzi Bankdan bildirilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq veriləcək.

Qeyd edək ki, son bir ildə AMB uçot dərəcəsini sabit saxlayıb. Hazırda uçot dərəcəsi 7,25%, faiz dəhlizinin aşağı həddi 6,25%, faiz dəhlizinin yuxarı həddi isə 8,25% təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*