Mərkəzi Bank uçot dərəcəsini son bir ildə ilk dəfə endirdibackend

Mərkəzi Bank uçot dərəcəsini son bir ildə ilk dəfə endirdi

Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb.

KONKRET.az xəbər verir ki, AMB-nin İdarə Heyəti uçot dərəcəsini 7.00%-ə, faiz dəhlizinin aşağı həddini 6.00%-ə, faiz dəhlizinin yuxarı həddini isə 8.00%-ə endirib.

Xatırladaq ki, Mərkəzi Bank 2024-cü ilin may ayından etibarən uçot faiz dərəcəsini sabit saxlayıb. Uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*