backend

Mərkəzi Bankın hazırkı binası söküləcək? – AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə geniş müzakirə olunan məsələlərdən biri də Mərkəzi Bankın yeni inzibati binası tikildikdən sonra könə binanın sökülüb-sökülməyəcəyidir. Bəzi iddialara görə, yeni inzibati binadan sonra Rəşid Behbudov küçəsində yerləşən hazırkı bina söküləcək.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı axar.az-ın sorğusuna cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu bildirib ki, Mərkəzi Bankın hazırkı binasının söküntüsü planlaşdırılmır:

“Mərkəzi Bankın yeni inzibati binasının tikintisi planlaşdırılır. Hazırki binanın söküntüsü ilə bağlı Komitəyə müraciət edilməyib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*