backend

Mərkəzi Bankın işçilərinə bizneslə məşğul olmaq qadağan edildi

Özbəkistan Prezidenti Mərkəzi Bankın işçiləri üçün bir sıra məhdudlaşdırıcı tədbirləri tətbiq edən Özbəkistan Respublikasının Mərkəzi Bankı haqqında Qanunun yeni redaksiyasını imzalayıb. KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, yeni qanuna görə, Mərkəzi Bankın işçilərinə aşağıdakılar qadağandır:

– elmi və müəllimlik fəaliyyəti istisna olmaqla, ödənişli fbiznesəaliyyətin digər növləri ilə məşğul olmaq;
– bankların, biznes idarəetmə orqanlarının və təsərrüfat subyektlərinin müşahidə şuralarının üzvü olmaq;
– bank sirrini təşkil edən məlumatları və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona məlum olan qanunvericiliyə uyğun olaraq məhdudlaşdırılan digər məlumatları açıqlamaq və ya istifadə etmək.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Qanuna görə, bundan sonra Mərkəzi Bankın işçilərinin digər təsərrüfat subyektlərinin və Qanunda göstərilən digər qurumların maliyyə-təsərrüfat fəaliyyətlərinin yoxlanılması üçün cəlb edilməsinə yol verilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*