Mərkəzi bazarda azərbaycanlı yer üstündə digər azərbaycanlının qanını tökdübackend

Mərkəzi bazarda azərbaycanlı yer üstündə digər azərbaycanlının qanını tökdü

Moldovanın paytaxtı Kişnyovda iki Azərbaycan vətəndaşı bazarda yer üstündə dava ediblər. Dava bir azərbaycanlının digərinə bıçaq zərbəsi ilə nəticələnib.

KONKRET.az Moldova KİV-lərinə istinadən xəbər verir ki, yer üstündə başlayan dava zamanı 30 yaşlı azərbaycanlı 47 yaşlı rəqibinə mətbəx bıçağı ilə hücum çəkib. Kişinyov polisinin rəis müavini Marin Qaraz bildirib ki, polis hücum edəni saxlayıb. Yaralı azərbaycanlı xəstəxanaya aparılıb və onun üzərində cərrahiyə əməliyyatı aparılıb, vəziyyəti orta ağırdır.

Hüquq-mühafizə orqanları bu dava ilə bağlı daha iki Azərbaycan vətəndaşını həbs edib. Onların Yalovensk rayonunun Ruseştiy Noy yaşayış məntəqəsində gizləndiyi məlum olub və ötən axşam polislər həmin ünvanda əməliyyat keçirib. Saxlanılanların barəsində 72 saatlıq saxlanma qərarı verilib, barələrində cinayət işi qaldırılıb. Onları 7 ilə qədər həbs gözləyir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*