Mərkəzi Kəşfiyyat İdarəsi COVID-19-un mənşəyini açıqladıbackend

Mərkəzi Kəşfiyyat İdarəsi COVID-19-un mənşəyini açıqladı

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) yeni direktoru Con Ratkliff COVID-19-un Uhan laboratoriyasında bir sızma nəticəsində yayıldığını deyib.

KONKRET.az xəbər verir ki, bu barədə Ratkliff “The New York Times”a bildirib.

Onun sözlərinə görə, COVID-19-un yayılmasının Uhan Virusologiya İnstitutundakı laboratoriyadan sızma nəticəsində baş verdiyinə inanır:

“Mən bir milyon amerikalının ölüm səbəbi də daxil olmaqla, Çinin yaratdığı təhlükənin aradan qaldırılması haqqında uzun-uzadı danışdım. Mərkəzi Kəşfiyyat İdarəsi beş ildir ki, COVID-in mənşəyinə dair bir qiymətləndirmə təqdim etmir.

Fikrimcə, bizim kəşfiyyatımız, elmimiz və sağlam düşüncəmiz virusun Uhan laboratoriyasındakı sızma nəticəsində yarandığını göstərir. Lakin CİA bunu ictimaiyyətə açıqlamayıb”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*