Merzin müavini Kiyevə elan olunmamış səfərə getdibackend

Merzin müavini Kiyevə elan olunmamış səfərə getdi

Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbayl Kiyevə elan olunmamış səfər edib.

KONKRET.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

“Mən Almaniyanın Ukraynaya mümkün sülh prosesində ən yaxşı şəkildə necə dəstək verə biləcəyini müzakirə etmək niyyətindəyəm. Uzunmüddətli sülhü təmin etmək üçün etibarlı təhlükəsizlik təminatları lazımdır. Beynəlxalq səviyyədə öz fəaliyyətlərimizi yaxından əlaqələndiririk. Almaniya üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirəcək”, – nazir bildirib.

Klinqbayl Kiyevdə Ukrayna hökuməti və Ali Radanın nümayəndələri, həmçinin vətəndaş cəmiyyətinin nümayəndələri ilə danışıqlar aparacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*